Hirkan Milli Parkının yegeri işdən çıxarılıb
21 fevral 2011 10:43 (UTC +04:00)

Hirkan Milli Parkının yegeri işdən çıxarılıb

Lənkəran rayonunun meşələrində və Hirkan Milli Parkının ərazisində ağacların qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş siqnal əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən geniş yoxlama aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlamanın ilkin nəticələrinə görə Hirkan Milli Parkının Seyfidor meşəçiliyinin 34 saylı dolayında Lənkəran rayon sakini Anar Mirzəyev tərəfindən üç ədəd 2,58 m3 həcmində fıstıq ağacının kəsildiyi müəyyən olunub.

Həmin şəxs 200 manat məbləğində inzibati qaydada cərimə edilib. Faktla bağlı Hirkan Milli Parkının yegeri Pənah Nuriyev tutduğu vəzifədən azad olunub. Ərazidə aparılan yoxlamalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar