
“Qarasu” OYL-in fəhlələri etiraz aksiyası keçiriblər
Bu barədə APA-nın Mil-Muğan bürosuna şirkətin fəhlələri məlumat verib. Bugünkü növbənin işçiləri səhər saat 07.10-dan başlayaraq iki saat işə çıxmaqdan imtina ediblər. Etiraz aksiyasında 300-ə qədər fəhlə və usta iştirak edib. Onların tələbi əmək haqlarının artırılması olub. Səhər saatlarında işçiləri mədənlərə aparan avtobuslar dayandırılıb. Onlar mərkəzi ofisin yaxınlığında yerə düşüb və işə çıxmaqdan imtina ediblər. Şirkət rəhbərliyi ilə danışıqlar aparılıb və fəhlələr iki saatdan sonra işə çıxıblar. Qərara alınıb ki, növbəti cümə gününə kimi onların tələbləri müsbət cavablandırılmasa, fəhlələr yenidən aksiyalara başlasınlar. Artıq bununla bağlı şirkət rəhbərliyinə xəbərdarlıq edilib.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 iyul 2025 , 08:26
İyulun sonu xoşagəlməz sürpriz gətirə bilər: bu BÜRCLƏRƏ xəbərdarlıq
28 iyul 2025 , 00:02
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib
27 iyul 2025 , 18:25
Niyə insanlar həyatınıza girirlər: Bürcünüzün nəyi gizlətdiyini öyrənin
27 iyul 2025 , 18:23
Saç tökülməsinin inqilabi həlli: dərman və ya saç əkimi tələb olunmur
27 iyul 2025 , 16:31
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
27 iyul 2025 , 16:07
"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ
27 iyul 2025 , 16:03