Bakı “İnter”indən xeyirxah addım
18 fevral 2011 19:43 (UTC +04:00)

Bakı “İnter”indən xeyirxah addım

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunçulardan kapitan Vladimir Levin və Şəhriyar Rəhimov təcili cərrahiyyə əməliyyatına ehtiyacı olan 14 yaşlı Əmrah Əliyevin yaşadığı evə baş çəkiblər. Onlar komandanın topladığı maliyyə vəsaitini yeniyetmənin ailəsinə təqdim ediblər. “İnter”in futbolçuları baş məşqçi Kaxaber Tsxadadzenin və kollektivin ürək sözlərini Əmraha çatdıraraq, ona tezliklə sağalmasını arzulayıblar.


Qeyd edək ki, “İnter” Unibank Premyer Liqasında növbəti oyununu fevralın 19-da “Şəfa” stadionunda MOİK-ə qarşı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar