Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri Azərbaycana gəlir
18 fevral 2011 13:39 (UTC +04:00)

Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri Azərbaycana gəlir

Bu barədə Lent.az-a BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf etdirilməsi yolları istiqamətində müzakirələr aparmaqdır.

U.Rəhimoğlu əvvəlcədən planlaşdırıldığı kimi, A.Mckenzin və A.Milzin Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumlarının və KİV-rin rəhbərləri, o cümlədən, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəklərini də bildirib.


Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində milli komitələri fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar