Dövlət Komitəsi 5 rəhbər işçinin maaşını 30 faiz kəsib
Artıq bu araşdırmaların nəticəsi olaraq, cəzalandırılanlar da var.
Komitədən Lent.az-a verilən məlumata görə, 2010-cu ildə hesabat və icraçılıq intizamı sahəsində yol verdikləri nöqsanlara görə yerli statistika orqanlarının 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülüb. Belə ki, 15 işçiyə töhmət verilib, 5 nəfər rəhbər işçinin əmək haqqı müxtəlif müddətlərə 30 faiz azaldılıb, 3 nəfərin fəaliyyəti kollegiyada geniş müzakirə edilərək işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunublar.
Komitədə deyirlər ki, hesabatların təqdim olunmasında və icraçılıq intizamı sahəsində nöqsanlara yol verən işçilər haqqında intizam tədbirlərinin həyata keçirilməsi gələcəkdə də davam etdiriləcək.
Elxan SALAHOV

755