Sığorta-pensiya sistemi mövzusunda müsabiqə
Dövlət Sosial Müdafiə Fondu "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda jurnalistlər arasında müsabiqə elan edib.
Fondan Lent.az-a verilən məlumata görə, müsabiqə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın 2.36-cı bəndinə (sığorta- pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilir. Müsabiqəyə fevralın 20-dən aprelin 1-dək mətbuatda dərc olunmuş sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir. Məqalələr 5 min işarədən, telesüjet isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər 01 aprel 2011-ci il tarixindən gec olmayaraq, hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir.
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaq. Müsabiqəyə təqdim olunan yazıları qiymətləndirməkdən ötrü DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiya yaradılıb.

584