Binəqədidə 2010-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilib -    FOTO
17 fevral 2011 16:10 (UTC +04:00)

Binəqədidə 2010-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilib - FOTO

RİH ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, əvvəlcə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olan tədbir iştirakçıları 2010-cu il ərzində görülən işlərə həsr olunmuş filmi izləyiblər.


RİH başçısı Alı Qocayev hesabat məruzəsi ilə çıxış edərək, 2010-cu ildə əldə olunmuş uğurlardan, aparılmış abadlıq və quruculuq işlərindən danışıb, Prezident İlham Əliyevin 2010-cu ildə 4 dəfə Binəqədi rayonunda olduğunu və Azadlıq prospektində yerüstü piyada keçidinin, Dövlət Miqrasiya Xidmətinin və Mərkəzi Seçki Komissiyasının inzibati binalarının, Xocasən qəsəbəsində 110/35/10 kv-luq elektrik yarımstansiyasının açılışına qatıldığını diqqətə çatdırıb.

Əldə olunan uğurlarla yanaşı, rayonun qəsəbə və mikrorayonlarında həllini gözləyən problemlərin də mövcudluğunu qeyd edən Alı Qocayev əhalinin narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan amillərin araşdırılaraq aidiyyəti qurumlarla bu problemlərin həlli üçün müvafiq işlərin aparıldığını vurğulayıb.


Məruzə ətrafında çıxış edən AMEA-nın müxbir üzvü Vaqif Abbasov, rayon prokuroru Mirələkbər Seyidov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, “VAQA” LTD-nin icraçı direktoru Elşən Əliyev və başqaları 2010-cu ilin rayon üçün uğurlu il olduğunu bildiriblər və bu uğurların davam etdirilməsi üçün görülmüş və görüləcək işlərdən danışıblar.

Sonda edilən təkliflər də nəzərə alınmaqla qərar layihəsi qəbul edilib və tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar