Bakıya və rayonlara zəif qar yağacaq
18 fevral 2011 08:00 (UTC +04:00)

Bakıya və rayonlara zəif qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 17-dən 18-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, zəif qar yağacağı, gündüz isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 18-də hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin bəzi şərq rayonlarında isə az yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında rütubətli və soyuq diskomfort şəraitə baxmayaraq, daha təmiz və oksigenlə zəngin havaların üstünlüyü müsbət amil kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar