BDYPİ əhaliyə xəbərdarlıq etdi
17 fevral 2011 11:30 (UTC +04:00)

BDYPİ əhaliyə xəbərdarlıq etdi

Hava şəraitinin kəskinləşməsi və paytaxta qar yağması ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə müraciət edib. İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Lent.az-a açıqlamasında vətəndaşları daha çox ictimai nəqliyyata üstünlük verməyə çağırıb: “Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar əhali, avtomobil sahibi və sürücülərin nəzərinə çatdırırıq ki, mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etsin və ictimai nəqliyyatdan faydalansınlar. Təkər protektlərinin qalınlığının normaya uyğun olmasına diqqət yetirsinlər. Belə hava şəraitində sürüşmə ehtimalı çox olduğundan əyləcdən mümkün qədər az istifadə etsinlər və minimum sürət həddi seçsinlər. Enişli-yoxuşlu yollarda və yol qovşaqlarında metereoloji şəraitə uyğun hərəkət etsinlər və maksimum diqqətli olsunlar”.


V.Əsədov piyadaların da qarlı havada diqqətli olmalarının gərəkdiyini vurğulayıb: “Piyadalara gəlincə, onlardan özlərinin və digərlərinin təhlükəsizliyini qorumaq üçün piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdən istifadə etmələrini xahiş edirik və yolun hərəkət hissəsindən mümkün qədər kənarda hərəkət etmələrini tövsiyə edirik. Belə hava şəraitində təhlükəsizlik tələblərinə əməl etmək ilk növbədə qanunun tələbidir”.


V.Əsədov qeyd edib ki, son vaxtlar əhalinin, xüsusi ilə də azyaşlıların yol hərəkəti qaydaları sahəsində maarifləndirilməsi istiqamətində xeyli iş görülüb. Onun sözlərinə görə, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Baş Təhsil İdarəsi yanvarın 1-dən mayın 31-dək davam edəcək proqram tərtib edib və hazırda həmin proqram həyata keçirilir.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar