“Məcburi əmək və insan alveri” kitabının təqdimat keçirilib
16 fevral 2011 14:37 (UTC +04:00)

“Məcburi əmək və insan alveri” kitabının təqdimat keçirilib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, kitab Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəzi ilə birgə həyata keçirilən insan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi layihəsi çərçivəsində hazırlanıb. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının baş texniki məsləhətçisi Zsolt Dudas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəsmisi, habelə aidiyyəti dövlət qurumları, sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərin nümayəndələri iştirak ediblər.

Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyevin açılış nitqi ilə başlayan təqdimat mərasimi çərçivəsində əmək müfəttişlərinin preventiv, təqibedici və müdafiəedici rolunu gücləndirilməsi üzrə müzakirələr aparılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar