Maska qıtlığı ilə bağlı yoxlamalar başladı
Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi aptek müəssisələrində qoruyucu maskaların satışına dair birgə məlumat yayıb.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə yoxlamalara başlanıb. Yoxlamalar zamanı 36 obyektdən 4-də qoruyucu maskaların qiymətinin şişirdilməsi halı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında “AzkoMed” MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında “İmpuls-M.V.” MMC-yə məxsus apteklərdə, Səbail rayonu ərazisində “Ülvi-Həyat” firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və beləliklə də, onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.
Bundan başqa, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 220 ünvanında 97 saylı aptekin nəzdində fəaliyyət göstərən 498 saylı aptekdə kustar üsulla hazırlanmış maskanın bir ədədinin 50 qəpiyə satıldığı müəyyən olunub. Qanun pozuntularına yol vermiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektlərə verilmiş xüsusi razılıqların (lisenziyaların) dayandırılması ilə bağlı tədbirlər görülür.
Hazırda yoxlamalar davam etdirilir.
Elxan SALAHOV

588