Çörəyin keyfiyyətində problem var
Azərbaycanda çörək məhsullarının istehsal texnologiyasına əməl olunmur
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Ümumdünya Keyfiyyət Günü münasibətilə mətbuat konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, komitənin ərzaq məhsullarına dövlət nəzarəti sektorunun müdiri Mənsim Babayev bildirib ki, son 10 ay ərzində idxal olunmuş ərzaq məhsullarının monitorinqi aparılıb. 213 təsərrüfat subyektində aparılan monitorinq zamanı məlum olub ki, 112 təsərrüfat subyektində istehsal olunan və satışda olan məhsulların keyfiyyətində ciddi problemlər var. Həmin müəssisələrə qarşı 418 manat məbləğində cərimə tətbiq olunub. 39 müəssisədə isə məhsulun istehsalı və satışı qadağan edilib.
Mənsim Babayev bildirib ki, məhsullarının satışı və istehsalı qadağan olunan müəssisələr başqa hüquqi ünvanlarda fəaliyyət göstərməyə çalışır. Onun sözlərinə görə, komitə bu hala qarşı mübarizə aparmağa çalışır.
O deyib ki, dövlət komitəsinin alkoqollu içkilərin istehsal olunduğu müəssisələrdə postları var. Bu səbəbdən həmin müəssisələrdə hər hansı problem aşkarlanmayıb.
Komitə rəsmisi bildirib ki, son dövrlər aparılan monitorinqlər zamanı daha çox ölkəyə idxal olunan süd məhsullarında problemlər aşkarlanıb. Uşaq qidaları ilə bağlı isə hər hansı problem yoxdur.
Mənsim Babayev daha sonra bildirib ki, çörək məhsullarının həm istehsalı texnologiyasında, həm də daşınmasında ciddi problemlər qalmaqdadır. Belə ki, çörək məhsullarının istehsal texnologiyasına əməl olunmur. Onun sözlərinə görə, bu müəssisələrdə ümumiyyətlə mütəxəssis çatışmazlığı müşahidə edilir.
Kolbasa istehsalına gəlincə, komitə rəsmisi bildirib ki, müəssisələrdə son texnologiyalardan istifadə olunur və bu sahədə elə də ciddi problem yoxdur. O qeyd edib ki, Ermənistandan Azərbaycana birbaşa məhsul gətirilmir. Ancaq məhsulların üzərində erməni dilində də məlumatlar var. Bu isə istehsalçı müəssisənin məhsulları müxtəlif ölkələrə idxal etməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu günə qədər Ermənistandan Azərbaycana hər hansı məhsulun gətirilməsi ilə bağlı fakt aşkarlanmayıb.
Mətbuat konfransında bildirilib ki, bir çox qızdırıcı sobaya sertifikat verilib. Ancaq ötən ildən qalmış keyfiyyətsiz sobalar da var və hazırda onlar satışdan çıxarılır. Mənsim Babayev respublikaya idxal olunan avtomobillərlə bağlı deyib ki, xaricdən gətirilmiş işlənmiş avtomobillərə sertifikat verilmir. Onun sözlərinə görə, komitə yalnız təzə avtomobillərə sertifikat verir.
Mənsim Babayev vurğulayıb ki, Azərbaycanda “donuz qripi” ilə bağlı qaydalara əməl olunmur. Belə ki, sexlərdə, istehsal müəssisələrində və satış məntəqələrində çalışan insanlar qoruyucu vasitələrdən istifadə etmirlər.
Komitənin digər nümayəndəsi Ələsgər Həsənov isə uşaq oyuncaqları barədə məlumat verib. O deyib ki, əvvəllər Azərbaycana Çindən keyfiyyətsiz oyuncaqlar gətirilirdi. Ancaq son vaxtlar bu məhsullar əsasən, Dubaydan gətirilir. Bunun üçün bir neçə hüquqi şəxsə sertifikat da verilib. Onun sözlərinə görə, Dubaydan gətirilən məhsullar Çindən gətirilən məhsullardan 10 dəfə keyfiyyətlidir.
Ramiz MİKAYILOĞLU

599