Zəvvarlarımız Həcə həkim nəzarətində gedirlər
11 noyabr 2009 20:30 (UTC +04:00)

Zəvvarlarımız Həcə həkim nəzarətində gedirlər

Avtobuslar sutkada bir dəfə dezinfeksiya olunacaq

Azərbaycandan avtobusla Həcc ziyarətinə yollanan zəvvarlar bu axşam yola düşəcəklər. Bu nəqliyyat növü ilə həccə gedən 725 zəvvarın səfəri saat 21.00-da başlanacaq.

Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a bildiriblər ki, zəvvarlar Bakıdan Qazaxa, oradan Gürcüstan ərazisi ilə Türkiyəyə, sonra isə Suriya gedəcəklər. Avtobusla gedəcək zəvvarların sağlamlığına yolboyu həkimlər nəzarət edəcək. Onlar yola qripə qarşı xüsusi dərmanlar və maskalar götürüblər. Həkimlər sutkada bir dəfə avtobusları dezinfeksiya edəcəklər. Avtobusla gedəcək zəvvarların sağlamlığına yolboyu 5 həkim nəzarət edəcək.

Qafqaz Müsəlmanları İdarəsində bildirirlər ki, “donuz qripi” virusu dünyanın bir çox ölkələrində qeydə alınsa da, Səudiyyə Ərəbistanında vəziyyət hələlik sabitdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar