                        İkinci xəstə də evə buraxıldı
                                    
                                    0
                                
                                    0
                                
                                Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən daha biri evə buraxılıb. 
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov Lent.az-a bildirib ki, 7 saylı Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunan xəstənin sağlıq durumu tam normallaşdığından o, bu gün evə yazılıb.
Onun sözlərinə görə, hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda və 7 saylı Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasında stasionar şəraitdə 4 xəstə müalicə alır. Qalan xəstələr isə ev şəraitində müalicələrini davam etdirirlər.
Elxan SALAHOV