“Bakıda maska taxmağa ehtiyac yoxdur”
Bunu Bakı Şəhər Səhiyyə İdarəsi Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri deyir
Bakı şəhərində A/H1N1 virusu («donuz qripi») əleyhinə qoruyucu maska taxılmasına ehtiyac yoxdur.
APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Səhiyyə İdarəsi Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva bildirib.
Onun sözlərinə görə, Bakıda hava bir o qədər də çirkli deyil, həmçinin virus kütləvi yayılmadığından maskaların taxılmasına ehtiyac duyulmur: «Lakin istənilən şəxs ictimai nəqliyyatda, məktəblərdə, o cümlədən insan kütləsinin çox olduğu yerlərdə qoruyucu maskanı taxa bilər”.
Xəstəliyin ilkin əlamətlərindən danışan E. Əliyeva qeyd edib ki, «donuz qripi» adi qripdən heç nə ilə fərqlənmir: “Odur ki, yüksək hərarəti, baş və əzələ ağrıları, quru öskürəyi, zökəmi olanlar dərhal ərazi poliklinikalarında müraciət etməlidir. Soyuq mövsümlərdə adi qrip halları artır. Odur ki, əhali də orqanizmini qüvvətləndirib immunitetini artırmalıdır».

835