Daha bir xəstənin evə buraxılması gözlənilir
10 noyabr 2009 11:15 (UTC +04:00)

Daha bir xəstənin evə buraxılması gözlənilir

“Donuz qripi”nə yoluxmuş kürdəmirli sakinin sağlıq durumu yaxşılaşır


Noyabrın 4-də “donuz qripi”nə yoluxmuş xəstələrdən biri, Ukraynanın İvanovo-Frankovsk vilayətindən gəlmiş Kürdəmir rayon sakininin vəziyyəti yaxşılaşmağa doğru gedir. Yaxın günlərdə onun da evə buraxılması planlaşdırılır.


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Lent.az-a bildiriblər ki, hazırda onun sağlıq durumu kafi kimi qiymətləndirilir. Ancaq xəstəxanaya yerləşdirildiyi günlə müqayisədə onun səhhətində xeyli irəliləyişlər müşahidə olunur.


Xəstəxanadan bildirirlər ki, hazırda burada “donuz qripi”ndən yalnız bir nəfər müalicə alınır. Dünən evə yazılmış ilk xəstə də müalicəsini burada alıb.


Xatırladaq ki, hazırda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicəsini davam etdirən kürdəmirli sakin “donuz qripi”nə tutulmuş ilk xəstədir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar