Qərb sərhədlərimizdə “Donuz qripi” profilaktikası
Böyük-kəsik və Sınıq körpü keçid məntəqələrində profilaktik tədbirlər həyata keçirilir
Qərb bölgəsinin sərhəd-gömrük keçid məntəqələrinə “Donuz qripi” ilə nəzarət gücləndirilib. Lent.az-ın Gəncəbasar müxbirinin Tovuz Gömrük İdarəsindən əldə etdiyi məlumata görə, Böyük-kəsik və Sınıq körpü keçid məntəqələrində profilaktik tədbirlər həyata keçirilir. Xüsusi otaqlar ayrılıb, termometriya, tibbi sorğu, dezinfeksiya işləri kimi bütün amillər diqqətdə saxlanılıb. Xarici vətəndaşların siyahısı və görülən işlər barədə mütəmadi olaraq Respublika Baş Sanitar Karantin Müfəttişliyinə məlumat verilir.
Bu günədək şübhəli və təhlükəli hal aşkarlanmayıb.
Vüsalə Cənnətova

672