“Quş qripi” monitorinqi başlayır
Noyabrın 16-dan start götürəcək monitorinqlər eyni ərazilərdə və yeni metodlarla aparılacaq
Payız mövsümünün başlanması “quş qripi” virusunun yayılma təhlükəsini yenidən gündəmə gətirib. Hazırda Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət sabit olsa da, müvafiq tədbirlər bu il də davam etdiriləcək.
Lent.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, noyabrın 16-dan “quş qripi” ilə bağlı ölkədə ənənəvi monitorinqlər yenidən start götürəcək. Hər il olduğu kimi bu monitorinqlər eyni ərazilərdə və yeni metodlarla aparılacaq.
İsmayıl Həsənov bildirib ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ovçular Cəmiyyətinin nümayəndələri tərəfindən keçiriləcək monitorinq Abşeron, Salyan, Dəvəçi və Lənkəran rayonlarının park və qoruqlarını əhatə edəcək. Köçəri quşların ən çox məskunlaşdığı bu ərazilərdə - çöl quşları ovlanaraq onlardan götürülən qan nümunələri laboratoriya şəklində müayinə olunacaq.
Elxan SALAHOV

737