Nazir: “Sürəti zəif interneti istifadəçilər özləri seçir”
Rabitə sahəsində çalışan 2160 nəfər işdən azad olunub
Bu ilin ilk 9 ayı ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 778,6 milyon manat təşkil edib. Lent.az-ın xəbərinə görə, bu barədə rabğitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfrasında məlumat verib.
Ə.Abbasov deyib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqları 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq bu il oktyabrın 1-i tarixinə 264 manata çatıb.
Bu ilin 9 ayı ərzində rabitə birlik və müəssisələrində 1146 nəfər işə qəbul edilib, 2160 nəfər işdən azad olunub.
Oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 15,7-yə çatıb.
Mobil telefon abunəçilərinin sayı da artaraq 7,3 milyona çatıb. Bu isə əhalinin hər 100 nəfərinə 82 mobil abunəçinin düşməsi deməkdir.
Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 8 ədəd, internet istifadəçilərinin sayı isə 37-yə bərabər olub. “Hələ ki, internetin ucuzlaşması üçün adminstrativ tədbirlər görmək fikrimiz yoxdur. Ancaq yəqin ki, provayderlər arasında rəqabət artıqca, internetin qiymətində ucuzlaşma olacaq” – deyə, nazir bildirib.
Ə.Abbasov internetin sürətinin zəif olması məsələsinə də toxunub.
Nazir Azərbaycanda maksimum sürətə internet almağın asan olmasından danışaraq deyib ki, bunun üçün abonentlər daha çox pul xərcləməlidir. Ə.Abbasovun fikrincə, abonentlər az pul xərcləyərək ucuz, həm də sürəti zəif olan interneti seçirlər: “Sürəti zəif interneti istifadəçilər özləri seçir”.
Pərvin ABBASOV

612