“3G” Azərbaycana dekabrda gəlir
06 noyabr 2009 14:30 (UTC +04:00)

“3G” Azərbaycana dekabrda gəlir

Bu ilin dekabr ayında Azərbaycanda “3G” texnologiyasının tətbiqinə başlanacağı gözlənilir.


Lent.az-ın xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, ölkədəki mobil rabitə operatorlarından əvvəlcə “Azerfon” MMC, sonra isə “Azercell-Telekom” MMC bu texnologiyanın tətbiqinə başlayacaq.


Ancaq bundan əvvəl Nazirlər Kabinetinin müvafiq sərəncamı olmalıdır. Sərəncamdan sonra mobil operatorlar “3G”-nin tətbiqi ilə bağlı lisenziya almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edəcək.


“3G” texnologiyası vasitəsilə insanlar mobil telefonlar vasitəsilə danışarkən həm də bir-birlərini görə biləcəklər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar