Əli Abbasov: “Nazirliyin müəssisələrində dezinfeksiya aparılması gündəmdə deyil”
“Əgər Səhiyyə Nazirliyinin müvafiq tədbirləri olarsa, biz də ona qoşulacağıq”
“Azərbaycanda cəmi bircə nəfər A/H1N1 virusuna yoluxmaqda şübhəli bilinib. Ölkədə bu problem hələ ki, yoxdur. Ona görə də Rabitə və İnformasiya Texnologiyalarının (RİTN) xidmət müəssisələrində müvafiq tədbirlərin keçirilməsi gündəmdə deyil”.
Bunu Lent.az-ın əməkdaşının “RİTN-in xidmət müəssisələrində A/H1N1 virusu əleyhinə dezinfeksiya işləri aparılacaqmı?” sualına cavab olaraq, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. “Əgər Səhiyyə Nazirliyinin müvafiq tədbirləri olarsa, biz də ona qoşulacağıq” – deyə, nazir bildirib.
“Donuz qripi” kimi tanınan A/H1N1 virusu Azərbaycanda ilk dəfə bu ilin yayında iki nəfərdə qeydə alınıb. Sonradan həmin şəxslər sağalıb. Səhiyyə Nazirliyi bu il noyabrın 4-də daha bir nəfərdə bu virusun aşkarlandığını bəyan edib. Noyabrın 5-də isə daha iki nəfərdə A/H1N1 virusu aşkarlanıb. Hazırda ölkədə bu virusa yoluxanların sayı 3 nəfərdir.
Pərvin ABBASOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09