Cins inəklərin 10 faizdən çoxu ölüb
İndiyədək Almaniyadan Azərbaycana gətirilən 770 baş cins inəkdən 90-a qədəri tələf olub
“Xaricdən gətirilən cins inəklərin tələf olmasına görə təkcə baytarlıq orqanlarını günahlandırmaq doğru deyil. Bu məsələdə həmin heyvanları alan sahibkarların da günahı var. Onlar xarici ölkələrdən, yad iqlim şəraitində gətirilmiş inəkləri tələb olunan şəraitdə saxlaya bilmir”.
Lent.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov dövlət vəsaiti hesabına Almaniyadan gətirilmiş cins inəklərin tələf olmasına münasibət bildirirkən belə deyib. Onun sözlərinə görə, indiyədək Almaniyadan Azərbaycana 770 baş cins inək gətirilib ki, bunun da 90-a qədəri tələf olub. “Düzdür, orda müəyyən tələfatlar olub, bununla bağlı nazirliyin geniş toplantısı olub və bu işdə günahı olan mütəxəssislər cəzalandırılıb”.
DBX-in rəisi deyib ki, bütün dünyada yad iqlim şəraitində saxlanılan heyvanlarda 3 faizə qədər ölüm halları normal hesab edilir. Amma xaricdən Azərbaycana gətirilmiş cins inəklər arasında ölüm halları 10 faiz təşkil edir. Bu isə o deməkdir ki, həmin heyvanların saxlanma şəraiti normal qaydada deyil.
İsmayıl Həsənov vurğulayıb ki, cins inəklərin ölməsinin əsas səbəbi həmin heyvanların iqlimə uyğunlaşmaması və onların normal qidalanmaması ilə əlaqəlidir. Onun sözlərinə görə, bəzi sahibkarlar cins inəklərin saxlanma və yemləmə şəraitini düzgün qurmayıb: “Bu heyvanlar yalnız günəşin altında saxlanmaqla, adi otla qidalanmaqla yaşaya bilməz. Onlara xüsusi qulluq lazımdır və bunun üçün sahibkar həm əziyyət çəkməli, həm də keyfiyyətli və bahalı yem almalıdır. Amma bəziləri xaricdən gətirilmiş cins inəkləri ənənəvi qaydada saxlayır. Bu isə həmin heyvanların yaşamasını risk altında qoyur”.
Xatırladaq ki, Almaniyadan 770 baş cins inəyin gətirilməsi üçün Azərbaycana hökuməti 3 milyon manat xərc çəkib. Bu vəsaitin hamısı dövlət büdcəsindən ödənilib. İnəklər Kənd Təsərrüfatı Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən rayon icra hakimiyyətlərinin təqdimatı əsasında fermerlər arasında bölüşdürülüb. Qaydalara uyğun olaraq, sahibkarlar bu heyvanlara sahib olduqdan sonra hər bir cins inəyin alınmasına çəkilən xərcin 50 faizini dövlətə qaytarıb. Bu isə o deməkdir ki, cins inəklərin tələf olması həm dövlətlə yanaşı fermerləri də ziyana salıb.
Elxan SALAHOV

788