Azərbaycan baytarlığında nadir kəşf
06 noyabr 2009 10:15 (UTC +04:00)

Azərbaycan baytarlığında nadir kəşf

Baytarların brusellyoza qarşı kəşf etdiyi preparata görə artıq patent də alınıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) dünyada ilk dəfə olaraq? brusellyoz xəstəliyini tam şəkildə sağalda biləcək bioloji aktiv maddə hazırlayıb. Azərbaycan baytar mütəxəssisləri və alimlərdən ibarət qrupun hazırladığı maddə ilə artıq eksperiment aparılıb və nəticə uğurlu olub.


Lent.az-ın məlumatına görə, bu barədə DBX-in rəisi İsmayıl Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2006-cı ildən aparılan tədqiqatlar nəticəsində əldə edilmiş brusellyoz əleyhinə yeni bioloji aktiv maddə təbii birləşmələr əsasında alınıb: “Həmin bioaktiv maddə quruluşuna görə dünyada analoqu olmayan maddədir”.


İsmayıl Həsənov bildirib ki, artıq həmin maddəyə ötən il patent də alınıb. Bundan sonra DBX-nin Elmi Şurasında həmin preparatın regionlardakı heyvandarlıq təsərrüfatlarında tətbiqi üçün təklif verilib. Onun sözlərinə görə, bu təklifdən sonra bir çox rayonlarda, məsələn, Xaçmaz, Gəncə, Goranboy, Astara, İmişlidə xəstəliyə tutulmuş iri və xırdabuynuzlu heyvanlar müalicəyə cəlb olunub və 100 faiz nəticə əldə edilib.


Bioaktiv maddə xəstə heyvana 2 gün ərzində 1 dəfə olmaqla tətbiq edildikdən 5 gün sonra tam kliniki sağalma baş verir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar