“Doniz qripi”nə yoluxan qadının ailə üzvlərində virus aşkarlanmayıb
Respublika Taun Əleyhinə Stansiya “doniz qripi”nə yoluxmuş Kürdəmir sakini ilə təmasda olan ailə üzvlərindən götürülmüş nümunələrin bəzilərinin nəticəsini açıqlayıb.
Bu barədə APA-ya stansiyanın direktor müavini Rakif Abdullayev bildirib. Onun sözlərinə görə, müayinəyə 4 ailə üzvü cəlb olunub. Onlardan ikisi uşaq, ikisi isə böyükdür: ““Donuz qripi”nə qarşı nümunələri yoxlanılan hər iki uşaqda nəticələr mənfi olub, yəni onlarda virusun əlamətləri tapılmayıb. Nümunələri yoxlanılan digər iki şəxsin nəticələri isə sabah açıqlanacaq”.

877