II İlya Allahşükür Paşazadəyə hədiyyə gətirib
05 noyabr 2009 17:00 (UTC +04:00)

II İlya Allahşükür Paşazadəyə hədiyyə gətirib

“Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Bu gün “Dinlərarası dialoq” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Bakıda səfərdə olan Ümumgürcüstan patriarx-katalikosu II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.


Lent.az-ın məlumatına görə, görüşdə A.Paşazadə onun səfərindən məmnun qaldığını bildirib. “Biz Qafqazda həmişə bir-birimizə dəstək vermişik. Bizim xalqların taleləri də bir-birinə oxşayır” – deyə, QMİ sədri bildirib.


Şeyxülislam Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıdığını deyərək salamlarını Gürcüstan prezidentini çatdırmağı II İlyadan xahiş edib.
“Belə bir çətin dövrə təsadüf edən 60 illik yubileyimdə mənim yanımda olduğunuzu yüksək qiymətləndirirəm” – deyə, Paşazadə bildirib.


Ümumgürcüstan patriarx-katalikosu II İlya Azərbaycanda növbəti dəfə səfərdə olmağından məmnun olduğunu deyib. Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən II İlya Azərbaycan xalqına sülh, əmin-amanlıq və uğurlar arzulayıb.

Daha sonra II İlya QMİ sədrinə portret və suvenir olmaqla xatirə hədiyyələri təqdim edib. Allahşükür Paşazadə də ona Azərbaycan xalçasını hədiyyə edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar