Naxçıvanda bir qrup əlil və müharibə veteranına avtomobil verilib
Naxçıvan Muxtar Respublikasında (NMR) bir qrup əlil və müharibə veteranına minik avtomobilləri verilib. NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, Naxçıvan şəhərində yeni avtomobillərin təqdimat mərasimi keçirilib.
“Tavriya” markalı minik avtomobillərindən 38-i Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və hərbi xidmət zamanı sağlamlığını qismən itirən əlillərə verilib.
10 avtomobil 1941-1945-ci illər müharibəsi iştirakçısına, digər 2 avtomobil isə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş muxtar respublika sakininə təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət zamanı sağlamlığını qismən itirən şəxslərə 2007-ci ildə 40, 2008-ci ildə isə 30 ədəd “OKA” markalı minik avtomobili verilib.
Fariz YUNİSLİ

570