Metropolitenin həkim briqadası toplanır
05 noyabr 2009 15:45 (UTC +04:00)

Metropolitenin həkim briqadası toplanır

Dezinfeksiya işlərini aparacaq sanitar qruplar bu axşam “Həzi Aslonv”da toplaşacaq

“Bakı Metropolitenin stansiyalarında, qatarlarda, depolarda və pilləkənlərdə dezinfeksiya işləri yalnız gecə saatlarında aparılacaq. “Donuz qripi” nə qarşı profilaktik tədbirlərə bu gecə başlanacaq”.


Bakı Metropolitenin Tunel qurğuları idarəsinin rəisi Rizvan Bağırov Lent.az-a bildirib ki, bu axşam saat 23.00-da dezinfeksiya işlərini aparacaq heyət “Həzi Aslanov” stansiyasında toplaşacaq. Burada heyət bir neçə qrupa bölünərək eyni vaxtda ayrı-ayrı stansiyalarda sanitar təmizlik tədbirləri həyata keçirəcək. Onun sözlərinə görə, dezinfeksiya işləri sərnişinlərin sıx olduğu 20 Yanvar, Əzizbəyov stansiyalarından başlanacaq. Daha sonra həmin tədbirlər bütün stansiyaları, depoları və tunelləri əhatə edəcək.


Rizvan Bağırov bildirib ki, sabahdan onlara Dövlət Dəmir Yolunun Sanitar Epidemioloji Mərkəzi də kömək edəcək: “Bu, metroda aparılan ilk belə tədbirdir. Amma müəyyən dövr ərzində Bakı metrosuna aid bütün stansiya və qurğularında dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək. Nə vaxt Səhiyyə Nazirliyi elən etsə ki, artıq donuz qripi təhlükəsi aradan qaldırılıb, onda da dezinfeksiya işlərini yekunlaşdıracağıq”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar