Qaz sobaları yoxlanılır
Komitə tərəfindən sertifikat almış qaz sobalarının siyahısı açıqlandı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Polşanın “Termet”, Çexiyanın “Moro-top”, Türkiyənin “Bayvak”, “Kuturami”, İtaliyanın “Roka” nişanlı avadanlıqlarına, İran İslam Respublikasının “Jahan Afrooz ”, “Qaynar Xəzər” və “Şoreh-Tos” nişanlı qaz sobalarına uyğunluq sertifikatları verilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, hələ də mənşəyi, keyfiyyəti və təhlükəsizliyi müəyyən olunmayan məişət, qaz avadanlıqlarının satışı davam edir.
Dövlət Komitəsi bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilməli və uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) respublikada satmaq və istifadə etmək qadağandır.
Qanun və qərarların icrasını, vətəndaşların həyatı, sağlamlığı və əmlakının qorunmasını təmin etmək məqsədilə, keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların satışının qarşısının alınması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cari ilin 5 noyabr tarixindən etibarən monitorinqlərə başlayıb.
Dövlət Komitəsi monitorinqlərin nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat verəcək.

518