Azərbaycandan Ukraynaya humanitar yardım
Azərbaycan kütləvi insan tələfatına səbəb olan A/H1N1 (“donuz qripi”) virusunun sürətlə yayıldığı Ukraynaya humanitar yardım göndərəcək.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk məlumat verib.
Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə noyabrın 6-da Ukraynaya “Boing-767” tipli avialayner ilə 20 ton humanitar yardım göndəriləcək: “Bura dərman preparatları, maskalar və digər zəruri tibbi ləvazimatlar daxildir”.
Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yuşşenko “donuz qripi” ilə mübarizə üçün dünya ictimaiyyətindən kömək istəyib. Artıq Rumıniya, Polşa, Gürcüstan, həmçinin bir sıra NATO ölkələri Ukraynaya yardım göstərib.

500