Yaşayış minimumu 87, ehtiyac meyarı isə 65 manat olacaq
04 noyabr 2009 16:00 (UTC +04:00)

Yaşayış minimumu 87, ehtiyac meyarı isə 65 manat olacaq

Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının həddi qaldırılır.

Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.


Komitə sədri ölkədə yaşayış minimumunun və ehtiyac meyarının artırılması ilə bağlı məsələnin sabah Milli Məclisdə müzakirə ediləcəyini deyib. Onun sözlərinə görə, Azərbaycanda yaşayış minimumunun həddi 75 manatdan 87 manata, ehtiyac meyarı isə 60 manatdan 65 manata qaldırılacaq. H. Rəcəbli bu addımı ölkə rəhbərliyinin humanist siyasəti kimi xarakterizə edib: “Ötən ildən bəri bahalaşma baş verməsə də, əhalinin sosial müdafiəsi gücləndirilir” .


Komitə sədri sabah parlamentdə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üzrə büdcəsinin də müzakirə ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar