“Donuz qripi”nə yoluxan xəstənin vəziyyəti kafidir
04 noyabr 2009 12:30 (UTC +04:00)

“Donuz qripi”nə yoluxan xəstənin vəziyyəti kafidir

Həmin qadının qohumları da müayinə edilir

Azərbaycanda “donuz qripi”nə yoluxan üçüncü xəstənin vəziyyəti kafidir.
Bu barədə APA-ya Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.

Onun sözlərinə görə, Ukraynanın İvanovo-Frankovs vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycana gəlmiş Kürdəmir sakini gələndən sonra özünü pis hiss edib və həkimə müraciət edib.


Onun qan nümunələri Respublika Taun Əleyhinə Stansiyaya göndərilib: “Dünən gecə yarısı laboratoriyada nümunələr yoxlanılıb və nəticə müsbət olub. Hazırda həmin şəxsin qohumları və onunla kontaktda olan digər şəxslər yoxlanılır. Lakin hələlik şübhəli xəstə aşkar olunmayıb”.

Ş. Qurbanov bildirib ki, sözügedən şəxs Azərbaycana təyyarə ilə gəlib: “Onun xəstə olmasının təyyarədə aşkarlanmamasına gəlincə, həmin şəxs xəstəliyin inkubasiya dövründə Azərbaycana keçib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar