Bakıda məktəblidə vəba tapılması təsdiqlənmədi
04 noyabr 2009 11:15 (UTC +04:00)

Bakıda məktəblidə vəba tapılması təsdiqlənmədi

Şagirdin vəba xəstəliyinə yoluxması barədə xəbərlərə rəsmən aydınlıq gətirildi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bir neçə gün əvvəl Sabunçu rayonundakı 67 saylı məktəbdə təhsil alan şagirdlər arasında vəba xəstəliyinin olması barədə məlumata aydınlıq gətirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs oktyabrın 25-də qastrit diaqnozu ilə 5 saylı Uşaq Yoluxucu Xəstəxanasına qəbul edilib. Xəstədən götürülmüş nümunə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında müayinə edilib. Nəticədə xəstədə NAQ-vibrionu (Xeyberq) daşıyıcılığı aşkarlanıb.

Nazirlikdə bildirirlər ki, NAQ vibrionları vəba xəstəliyinin törədiciləri deyil və onun bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Bu vibrionlar yalnız kəskin bağırsaq infeksiyaları törədə bilər. NAQ vibrionunun daşıyıcılığı aşkar edildiyinə görə xəstənin oxuduğu məktəbdə adi bağırsaq infeksiyaları ocaqlarında aparılan tədbirlər həyata keçirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar