Sumqayıtda 46 obyektdə sanitar yoxlamalar aparılıb
Hazırda bu tədbirlər şəhər ərazisindəki ictimai və yaşayış binalarının zirzəmilərində davam etdirilir
Bu ilin 9 ayı ərzində Sumqayıtda ümumilikdə 46 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı yoxlama zamanı aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, sanitar qurumların yoxladığı müəssisələr arasında sənaye müəssisələri, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi obyektləri üstünlük təşkil edib. Həmin obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb.
Hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
Elxan SALAHOV

403