Gəncədə yenidən qurulan Fikrət Əmirov parkının açılışı olub
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının iştirakı ilə açıq mikrofon da keçirilib
Gəncənin yenidən qurulan Fikrət Əmirov parkının açılışı olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla, ictimaiyyət nümayəndələri, şəhər sakinləri qatılıb.
Çıxış edənlər parkda görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, Dədə Qorqud küçəsində yerləşən, 2 hektar ərazini əhatə edən parkda 4 müasir uşaq əyləncə meydançası salınıb. Bağa 67 ədəd oturacaqlar, 10 ədəd iri dibçək qoyulub, dekorativ gül kolları, yeni ağaclar əkilib. 8000 kv metr ərazidə yeni qazon sahəsi yaradılıb. 10000 kv metr sahəyə dekorativ üzlük plitəsi döşənib. Səki daşları dəyişdirilib, bu işdə mərmərdən istifadə edilib. Parka 42 ədəd qazon işıqlandırıcısı, 72 ədəd dekorativ işıqlanma dirəyi quraşdırılıb. Parkda Qarabağ müharibəsində qəhrəmancasına həlak olaraq, şəhid olmuş Ruzigar Qasımovun büstü və xatirə bulağı təmir və bərpa edilib. Fikrət Əmirov parkı 30 ədəd zibil qutuları ilə də təmin edilib. Ərazidə müasir kafe və sanitariya qovşağı da unudulmayıb.
Parkın açılışından sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən açıq mikrofon keçirilib. TƏdbirə qatılan şəhər sakinlərinin təklifləri, şikayətləri dinlənilib. Lazımi qurumlara, müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Vüsalə Cənnətova

588