Qafqaz Müsəlmanları İdarəsi azan məsələsinə münasibət açıqladı
02 noyabr 2009 14:30 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi azan məsələsinə münasibət açıqladı

“Yalnız bir neçə yerdə məhdudiyyətlərin qoyulması ümumən azana qadağa kimi qiymətləndirilə bilməz”

“Məscidlərdə azan verilməsinə qadağalar qoyulması ətrafında yaradılan ajiotajlar əsasızdır. O baxımdan ki, çox adam bunu qabağa kimi qələmə versə də, biz bununla tamamilə razı deyilik. Ona görə ki, yalnız bir neçə yerdə məhdudiyyətlərin qoyulması ümumən azana qadağa kimi qiymətləndirilə bilməz”.


Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova KİV-in azana qadağa qoyulması barədə yaydığı məlumatları Lent.az-a şərh edərkən deyib. QMİ-nin azan verilməsinə qadağa və məhdudiyyətlərlə bağlı hansısa araşdırma aparıb-aparmadığına gəlincə, idarə sözçüsü bunları bildirib: “Bununla bağlı rəhbərlik lazım bilərsə, açıqlama verər. Sadəcə onu deyə bilərik ki, dövlət tərəfindən qoyulan hər hansı qadağadan söhbət gedə bilməz. Çünki bizə bununla bağlı heç bir şey daxil olmayıb. Bu baxımdan da məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac görmürük”.


Xatırladaq ki, noyabrın 1-dən Bakı və Gəncə şəhərlərində bir neçə məsciddə azanın səsləndirilməsinə məhdudiyyətlər qoyulub. Bəzi məscidlərdə azan əvvəlkindən aşağı səslə verilib. Bəzi ibadət ocaqlarında isə azan, ümumiyyətlə səsləndirilməyib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar