Azanın səsgücləndiricilərlə verilməsi narahatlıq yaradıb
“Məscidlərə azanın mümkün qədər səsgücləndiricisiz verilməsi tövsiyə edilib”
“Məscidlərdə azan verilməsinin qadağan edilməsilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yaxud dövlət qurumları tərəfindən heç bir qərar qəbul edilməyib, edilə də bilməz. Azan indiyədək verilib, bundan sonra da veriləcək”.
Bunu Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov deyib.
Bununla yanaşı, G.İsmayılov azanın səsgücləndiricilərlə verilməsilə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər daxil olduğunu deyib: “Həmin şikayətlərə müvafiq olaraq, bu addım atılıb. Yəni, məscidlərə azanın mümkün qədər səsgücləndiricisiz verilməsi tövsiyə edilib. Tövsiyələr yazılı deyil, şifahi qaydada olub”.
Xatırladaq ki, noyabrın 1-dən Bakı və Gəncə şəhərlərində bir neçə məsciddə azanın səsləndirilməsinə məhdudiyyətlər qoyulub. Bəzi məscidlərdə azan əvvəlkindən aşağı səslə verilib. Bəzi ibadət ocaqlarında isə azan, ümumiyyətlə səsləndirilməyib.
Pərvin ABBASOV

493