Gürcüstan Mədəniyyət Nazirliyi Faxralı məscidini mədəni-tarixi abidə saymır
Gürcüstan Mədəniyyət Nazirliyi Faxralı kənd məscidini mədəni-tarixi abidələr siyahısına salmaqdan imtina edib.
Bu barədə APA-nın Gürcüstan bürosuna Faxralı kənd sakini Adil Nəbiyev məlumat verib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Əli Əliyev məsələ ilə bağlı gürcü katalikosu patriarx II İlya ilə görüşüb: “II İlya yenə söz verib ki, məsələ həll olunacaq. Amma vaxt gedir, məscid üçün aldığımız inşaat materialları yağışın altında xarab olur. Məscidin kənarında keşik çəkən keşişlər isə bizə eyham vururlar ki, “dininizi əlinizdən alırıq, sizə kömək edən yoxdur”.
Məscidin həm qapısına, həm minarəsinə qara parça bağlamışıq. Nə vaxt məscidin bərpasına icazə verilsə, onda parçanı açacağıq”.

542