FHN Bakının 9 rayonunda tikinti sektorunun monitorinqini aparıb
31 oktyabr 2009 13:00 (UTC +04:00)

FHN Bakının 9 rayonunda tikinti sektorunun monitorinqini aparıb

Azərbaycanda «Mənzillərin istismar qaydaları» hazırlanır.


APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirib. O.Hacıyevin sözlərinə görə, artıq Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhər İcra Hakimiyyəti, «Azəriqaz» İB və digər qurumlarla birgə sənəd üzərində iş aparır. Sənəd yaxın vaxtlarda təsdiq üçün hökumətə göndəriləcək.


«Burada binaların bacalarının təmizlənməsi, qaza nəzarət və s. məsələlər əksini tapacaq. İcra strukturlarının konkret vəzifələri göstəriləcək», - deyə O.Hacıyev vurğulayıb.


Nazir müavini qışa hazırlıqla bağlı FHN-in Yanğına Nəzarət Xidməti tərəfindən işlərə başlandığını, nazirliyin Regional Mərkəzləri ilə yanaşı, rayon icra hakimiyyətlərinin də bu işə cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, qışa hazırlıq prosesi noyabrın 6-da başa çatacaq.

O.Hacıyev tikinti sektorunda aparılan monitorinqlər barədə məlumat verərək bildirib ki, artıq Bakı şəhəri üzrə 9 rayonda monitorinqlər yekunlaşıb. Qəza vəziyyəti olan binalar haqqında yerli icra hakimiyyətlərinə və müvafiq nazirliklərə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar