Yol Polisindən sürücülərə növbəti müraciət
15 fevral 2011 11:49 (UTC +04:00)

Yol Polisindən sürücülərə növbəti müraciət

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, müraciət hava şəraiti ilə bağlıdır: “Hidrometereoloqların verdiyi məlumata görə, bu gün günorta saatlarından etibarən ölkə ərazisində və paytaxtda qar və sulu qar yağacaq. Bu səbəbdən də sürücülərin nəzərinə təkrarən çatdırırıq ki, yollarda tələb olunan sürət həddini keçməsinlər. Texniki nasaz avtomobillərlə yola çıxmasınlar və hava şəraitini nəzərə alaraq hərəkət etsinlər”.


K.Əliyev, həmçinin uzaq yola çıxan nəqliyyat vasitələrində zəncir və bu kimi digər vasitələrin götürülməli olduğunu qeyd edib.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar