Orta aylıq əmək haqqı 325,1 manata çatıb
15 fevral 2011 11:35 (UTC +04:00)

Orta aylıq əmək haqqı 325,1 manata çatıb

Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2010-cu ilin yanvar ayına nisbətən 9,5 faiz yüksələrək 325,1 manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 12,8 faiz artaraq 212,4 manat olub.

Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, 2011-ci il yanvarın 1-dək ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 9,2 milyard manat məbləğində kredit ayırıb. Verilmiş kreditlərin həcmi 2010-cu ilin yanvarı ilə müqayisədə 9,0 faiz artıb. Kreditlərin 72,0 faizi və ya 6,6 milyard manatı uzunmüddətli olub. Bu vəsaitlərin 492,9 milyon manatının, yaxud 5,4 faizinin ödəmə vaxtı keçib.

Komitənin hesablamalarına görə, əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 29,8 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 3,0 milyard manata çatıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar