Azərbaycana “donuz qripi”nə əleyhinə göndərilən vaksinlər təhlükəsizdir
““Donuz qripi” əleyhinə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana göndərmək üçün nəzərdə tutduğu vaksinlər tam təhlükəsizdir”.
Bu açıqlamanı APA-ya Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov verib. Əhali arasında “donuz qripi” əleyhinə peyvəndə birmənalı münasibət olmadığını qəbul edən Şaiq Qurbanovun sözlərinə görə, yeni istehsal edilən peyvəndlərlə bağlı belə fikirlərin olması gözləniləndir: “Vaksinlərin vurulması zamanı bəzi insanlarda qusma, bəzilərində hərarətin azacıq artması, bəzilərində halsızlıq müşahidə oluna bilər. Elə insan qrupları var ki, onların dərmanlara qarşı həssaslığı yüksəkdir. Amma heç bir vaksin 100 faiz mənfi təsirli ola bilməz. Bu peyvəndlər tam şəkildə təcrübədən keçirilib, Ümumdünya Səhiyyə Təşkilatı xüsusi təcrübələrdən sonra onların istehsalına lisenziya verib. Vaksinlərin uşaqlara, yaşlılara, orta yaşlılara təsiri, əks təsiri dərindən öyrənilib, bədəndə təsir müddətini nə qədər saxladığı araşdırılıb. Əgər bu peyvəndlər bircə nəfərin belə ölümünə səbəb olardısa, onun istifadəsi üçün lisenziya verilməzdi”.
Ş.Qurbanov bildirib ki, vaksinlər ilk növbədə risk qrupuna aid olan insanlara - həkimlərə, immun sistemi zəif olan insanlara, xroniki xəstələrə, uşaqlara və yaşlı insanlara, hamilə qadınlara və əhali ilə daha çox kontaktda olan insanlara vurulacaq. Onun sözlərinə görə peyvənd vurulması poliklinikalarda həyata keçiriləcək: “Poliklinikaların hamısında ixtisaslaşmış mütəxəssislər var. Ola bilər ki, “donuz qripi”nə qarşı peyvənd vurulması ilə bağlı onlara əlavə təlimatlar da verilsin”.

708