Pensiyalar gələn il artacaq
28 oktyabr 2009 18:00 (UTC +04:00)

Pensiyalar gələn il artacaq

Gələn il Azərbaycanda pensiyaların məbləği növbəti dəfə qaldırılacaq. Ancaq bunun konkret nə vaxt baş verəcəyi hələ dəqiq deyil.


Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, mövcud qanunvericiliyə görə, pensiyaların həm baza hissəsinin, həm də sığorta hissəsi ölkədə istehlak qiymətlərinin səviyyəsindən asılı olaraq artırılır.


Hazırda ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin dekabrına nisbətən aşağı düşdüyünə görə bu il pensiyanın məbləği artırılmayıb. Çünki buna mövcud qanunvericilik imkan vermir. Ancaq gələn il ölkədə cüzi də olsa, inflyasiyanın olacağı gözlənilir. Belə olan halda gələn il pensiyaların artırılması mütləq baş verəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar