Avropa Komissiyasının qrant siyasətindən narazılıq var
“Azərbaycanın Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Media Hüquqları Mərkəzinin (MHM) təşkilatçılığı ilə bu gün “Ria-Novosti”nin konfrans zalında “Azərbaycanın Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə spikerlər Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov və ACİ-YF-nin Azərbaycan nümayəndəliyinin icraçı direktoru Fərda Əsədov olub.
MHM-in rəhbəri Mətanət Müslümqızı bildirib ki, bu gün cəmiyyətimizin inkişaf etməsində fəal iştirak edən vətəndaş cəmiyyəti institutları Azərbaycanın Avropaya inteqrasiya prosesində aktiv fəaliyyət göstərir.
Fərasət Qurbanov qeyd edib ki, Avropa Komissiyasına təmsil etdiyi qurumdan birgə əməkdaşlığa dair edilən müraciətə müsbət cavab alınmayıb: “Təəssüf hissi ilə qeyd edirəm ki, Avropa Komissiyasının Azərbaycan QHT-lərinə 2009-cu ildə ayırdığı qrantlar haqqında geniş ictimaiyyətə çox az məlumat verilir. Şəffaflıq bütün təşkilatlar üçün prioritet olmalıdır”.
Fərda Əsədov Avropa dəyərlərini mənimsəməkdə bu gün cəmiyyətdə heç də birmənalı fikir olmadığını söyləyib: ” QHT-lərin də üzərinə bu istiqamətdə çox məsuliyyət düşür və biz demokratikləşmə, dünyaya inteqrasiya prosesində QHT-lərin rolunun artırılmasına dəstək olmalıyıq”.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09