Naxçıvanda bütün sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib
Tədbirlər “donuz qripi”nin qarşısının alınması məqsədilə həyata keçirilir
Azərbaycanla qonşu İran və Türkiyə Respublikalarında aşkarlanan “donuz qripi” virusu ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında və muxtar respublikanın bütün sərhəd-keçid məntəqələrində tibbi nəzarət gücləndirilib.
Lent.az-ın Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bununla bağlı Ali Məclisdə MR-da A/N1H1 virusuna qarşı profilaktiki tədbirlərin aparılması ilə əlaqədar müşavirə keçirilib və ayrı-ayrı təşkilatlar qarşısında konkret tapşırıqlar qoyulub.
Tapşırıqlara əsasən, Naxçıvanın sərhəd-keçid məntəqələrində və Naxçıvan Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilməklə yanaşı, idxal olunan ərzaq məhsullarının keyfiyyətinin ciddi yoxlanılması həyata keçiriləcək. Bundan əlavə, infeksiya daşıyıcısı kimi şübhəli şəxslərin sərhəd-keçid məntəqələrindən birbaşa stasionar yoxlama müəssisələrinə göndərilməsi təmin olunacaq, muxtar respublikaya gələn nəqliyyat vasitələrinin dezinfeksiyası daha da gücləndiriləcək.
Qrip virusuna qarşı profilaktiki tədbirlər çərçivəsində muxtar respublikaya gələn sərnişinlərin vizual müşahidəyə götürülməsi, aidiyyəti tibb müəssisələrində diaqnostika və müalicə işinin effektivliyi artırılması, diaqnostik materialların (reaktivlər, distansion və elektron termometrlər) gətirilib yerləşdirilməsi, zəruri dərman preparatları ehtiyatının yaradılması da təmin olunacaq.
Fariz YUNİSLİ

493