“Halal məhsul” standartıyla bağlı fikir ayrılığı yaranıb
27 oktyabr 2009 12:15 (UTC +04:00)

“Halal məhsul” standartıyla bağlı fikir ayrılığı yaranıb

Ali İslam Akademiyasına müraciət olunub

İslam Konfransı Təşkilatının (İKT) təşəbbüsü ilə hazırlanan “halal məhsul” standartının layihəsinə cari ilin 13-16 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində baxılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsndən Lent.az-a verilən məlumata görə, müzakirələrə 25 müsəlman ölkəsinin nümayəndələri qatılıblar.
İclasda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
“Halal” seriyalı standartlar qrupunun qəbulu prosesində əsas diqqət çəkən məqamlar müzakirə olunub. “Halal məhsul” standartının bəzi müddəalarında fikir ayrılıqları olduğundan Ali İslam Akademiyasına müraciət olunub.
Akademiyanın rəyindən sonra növbəti iclas keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar