Saatlarınızı geri çəkməyi unutmayın!
Sabah Azərbaycan qış vaxtına keçir
Oktyabrın 25-də saat 05.00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Lent.az-ın məlumatına görə, bununla Azərbaycan qış vaxtına keçəcək.
Qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən həyata keçirilir. Həmin qərarla ildə iki dəfə mart və oktyabr aylarında yay və qış vaxtına keçilir.
Energetiklərin fikrincə isə saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və qaza qənaət etməyə imkan verir.
Saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Onların sırasına İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və bir sıra digər ölkələr daxildir.
Pərvin ABBASOV

836