Nazirlik “Ən yaxşı müəllim”ləri seçir
Bu gün Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə təhsil nazir Misir Mərdanov builki “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində sınaq dərsləri dinləniləcək 28 müəllimi (10 nəfər ibtidai sinif, 10 nəfər riyaziyyat, 8 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi) növbəti mərhələdə iştirak hüququna yiyələnmələri münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 425 nəfər sənəd təqdim edib. Ekspertizanın nəticələrinə əsasən, onlardan 217 nəfərin növbəti tura keçib. İştirakçılar arasında say etibarı ilə ibtidai sinif (57 nəfər) və ingilis dili (35 nəfər) müəllimləri üstünlük təşkil edir.
Müsabiqənin seçim şərtlərinə diqqət çəkən nazir deyib ki, əvvəlki illərdə iştirakçıların sayı çox olan fənlər üzrə (ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat və s.) bir neçə ekspert komissiyası təşkil edildiyi halda, bu il iştirakçıların sayından asılı olmayaraq, hər fənn üzrə yalnız bir komissiya təşkil olunub. Onun fikrincə, bu, müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsuldur. Ekspert komissiyası iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcəklər.
Misir Mərdanov deyib ki, müəllimlərin sınaq dərslərinin dinlənilməsi üçün müvafiq qrafikin hazırlanıb və iştirakçılar sınaq dərslərindən bir gün əvvəl nazirliyə dəvət ediləcək. Həmçinin sınaq dərsləri təşkil olunan məktəblərin nümayəndələri ilə birlikdə müəllimlər həmin məktəblərin şəraiti ilə tanış olacaqlar.
Nazir sınaq dərslərinin mövzusunun müəyyənləşdirilməsi qaydasından da danışıb. O qeyd edib ki, dərslər 12 meyar üzrə qiymətləndiriləcək, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcək. Bütün dərslərdə videoçəkilişlər aparılacaq və sınaq dərsi barədə komissiyanın rəyi dərsin təhlilindən dərhal sonra elan olunacaq. Qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcək.
Misir Mərdanov deyib ki, bu mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatda fəaliyyətinin əsas istiqamətləri, uğurları, təhsil problemləri, təkliflərini nəzərə çatdıracaq. İştirakçı müəllimlərin yekun balı hər mərhələdə əldə etdiyi balların toplanması ilə müəyyən olunacaq.
Xatırladaq ki, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin artıq 4-cü ildir keçirilir.
Elxan SALAHOV

875