FHN-in mərkəz direktoru: “Problemli binalar çoxdur”
23 oktyabr 2009 12:45 (UTC +04:00)

FHN-in mərkəz direktoru: “Problemli binalar çoxdur”

Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin nəzarətindən keçmiş yeni tikilən yaşayış binalarında keyfiyyətlə bağlı heç bir problem yoxdur.


«APA-ECONOMICS»in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinin direktoru Kamil Muradov bildirib.


Bununla belə, problemli binaların olduğunu da deyən K.Muradov bu tip binaların Dövlət Komissiyası tərəfindən qəbul edilmədiyini vurğulayıb: «Məndə olan məlumatlara görə, problemli binaların da sayı çoxdur. Dövlət Komissiyası tərəfindən bu binalar qəbul edilmir və onların istifadəsi, qazın verilməsi qadağandır».


Nazirlik nümayəndəsi onu da vurğulayıb ki, qüsurların aradan qaldırılması üçün şirkətlərə vaxt verilir, sonra onların buna əməl edib-etmədiyi yoxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar