Azərbaycan Beynəlxalq Universiteti söküləcək
Ali məktəbin ətrafındakı evləri də eyni aqibət gözləyir
Gələn ilin əvvəlində Azərbaycan Beynəlxalq Universiteti (ABU) və məktəbin yaxınlığındakı bəzi fərdi yaşayış evləri söküləcək.
Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.
Hökumətdən bildirilib ki, hələ SSRİ dövründə universitetin yerləşdiyi ərazi Bakı Metropoliteninin mövcud hərəkət xətlərinin genişləndirilməsi planının reallaşdırılması üçün nəzərdə tutulub. Orada başqa tikililərin aparılmaması üçün işarələr qoyulub və hasara alınıb. Lakin sonrakı dövrlərdə təxminən 10 hektara yaxın həmin ərazi icra hakimiyyəti tərəfindən qanunsuz olaraq, əhaliyə və Azərbaycan Beynəlxalq Universitetinə satılıb.
Məlumatda bildirilib ki, bu ərazidə hazırda tikilməkdə olan «Azadlıq» metro stansiyasının davamı olan depo yerləşəcək. Söküləcək binalar qanunsuz və vaxtı ilə strateji obyekt üçün nəzərdə tutulan dövlət torpağında tikildiyinə görə, onların sahiblərinə dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, metronun «Azadlıq» stansiyasının bu ilin sonu, ən gec 2010-cu ilin mart-aprel aylarında istifadəyə verilməsi planlaşdırılır.

1145