55 uşaq müəssisəsindən 9-u ümumtəhsil məktəbinə çevrilib
2015-ci ilin sonunadək internat məktəblərində və uşaq evlərindəki uşaqların sayı minimuma endiriləcək
Bu gün Bakıda “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə Milli Konfrans başlayıb. İki gün davam edəcək konfransda Azərbaycanda uşaqların müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər və perspektivdə duran məsələlər müzakirə ediləcək.
Lent.az-ın məlumatına görə, Azərbaycan hökumətinin Heydər Əliyev Fondu, UNİCEF və “Azərcell” şirkəti tərəfindən birgə təşkil olunan konfransda millət vəkili Mehriban Əliyeva, baş nazirin birinci müavini Elçin Əfəndiyev, təhsil naziri Misir Mərdanov uşaqların müdafiəsi və hüquqlarının qorunması sahəsində Azərbaycanda həyata keçirilən dövlət proqramlarının əhəmiyyətindən danışıblar. Tədbirdə tərbiyə müəssislərindən uşaqların ailələrə verilməsi istiqamətində atılan addımlar müsbət dəyərləndirilib.
Təhsil Naziri Misir Mərdanov deyib ki, hazırda Azərbaycanın internat məktəblərində 10 minə yaxın uşaq var. Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq, 2015-ci ilin sonunadək internat məktəblərində və uşaq evlərində olan uşaqların sayının əhəmiyyətli şəkildə azalacağı gözlənilir. Nazir əlavə edib ki, bu prosesi tək Təhsil Nazirliyi deyil, bir sıra nazirliklər və qeyri-hökumət təşkilatları bir yerdə həyata keçirirlər. Məhz bunun nəticəsində 55 müəssisədən 9-u artıq ümumtəhsil müəssisələrinə çevrilib.
Elxan SALAHOV

642